Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib. İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına və Nazirliyin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Hesablama Palatası Mili Məclisə növbəti məlumat təqdim edəcək
0
0
0
0