Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. Palatanın iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına ayrılmış vəsaitlərin və “Təhsil” bölməsi üzrə Mingəçevir Politexnik İnstitutuna ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi üzrə Audit proqramları təsdiq olunub.