Hansı məhsullar bahalaşıb? – SİYAHI
14 yanvar 2014 18:25 (UTC +04:00)

Hansı məhsullar bahalaşıb? – SİYAHI

Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, çox illik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının istehsalçı qiymətləri 5,0 faiz ucuzlaşsa da, arpanın istehsalçı qiymətləri 1,2 faiz, lobya dəninin 2,2 faiz, kartofun 3,5 faiz, baş soğanın 2,9 faiz, baş sarımsağın 0,2 faiz, göyərtilərin 0,7 faiz, quru otun 1,4 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.
 

Bundan başqa, çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, qozun 3,7 faiz, fındığın istehsalçı qiymətləri 1,5 faiz bahalaşma müşahidə olunub.

 

Südün istehsalçı qiymətləri 1,1 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,5 faiz bahalaşıb.
Komitənin məlumatında oda qeyd olunur ki, vətəndaşlar balıq və sair balıqçılıq məhsullarını baha alırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968

Oxşar yazılar