<span style="color:red;">(R)  Grand Hayat-da həyat varmış
01 mart 2016 11:00 (UTC +04:00)

(R) Grand Hayat-da həyat varmış

Yeni Hayat Şırkətlər Qrupu Bakının müxtəlif yerlərində şəhərin memarlıq incilərinə çevrilmiş 5 yaşayış-biznes kompleksinin müəllifidir. Şirkət hazırda Park Azure və Grand Hayat layihələrinin tikintisini davam etdirir ki, gələn ay bu komplekslərdən birincisi tam təhvil veriləcək.

 

2002-ci ildə yaradılmış, öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən Yeni Hayat Şirkətlər Qrupu MMC hazırda Azərbaycanın tikinti bazarında ən öncül şirkətlərdən biridir. Tam spektrda xidmət göstərən şirkət bir çox nadir memarlıq nümunələrini, Megafun və 7S brendlərini özündə birləşdirir.

 

Şirkət hazırda Tbilisi prospekti, 1054 ünvanında Grand Hayat yaşayış kompleksinin tikintisini aparır ki, bu layihənin 2017-ci ildə istifadəyə veriləcək. Fevralın 24-də tikinti sahəsinə təşkil edilmiş press-turun da əsas məqsədi Grand Hayat layihəsi barədə ictimaiyyətə dolğun və daha korrekt informasiyanın çatdırılması idi.

                             

Sərfəli, güzəştli, endirimli...

 

Şirkət müştərilərinin arzu və imkanlarına əsasən Grand Hayat Yaşayış Kompleksindəki 1, 2, 3, 4 otaqlı, komfortlu və müasir standartlara cavab verən kommunal xidmətlərlə təchiz olunmuş mənzillərin nağd və ipoteka şərtləriylə satışını təşkil edir. Burada mənzillərin satışı üzrə 2 müxtəlif  təklif  təqdim olunub. Belə ki, mənzillərin nağd alış qiyməti 950 manatdan başlayır.  Bank tərəfindən təklif edilən ipoteka şərtləri isə aşağıdakı kimidir: 20 il müddətinə, illik 8%, effektiv faiz dərəcəsi 4, 4%, və 10% ilkin ödəniş. Bundan başqa buradan ev almaq istəyənlərə digər endirimlər də təklif edilir. Əgər mənzil almaq istəyən şəxs ilkin ödəniş kimi mənzilin dəyərinin 20%-ni ödəyərsə, hər kvadrat metrdə 20, 30%-ni ödəyərsə, 30, 40%-ni ödəyərsə 40 AZN endirim alacaq. Əgər müştəri mənzilin dəyərinin 50 faizini əvvəlcədən ödəyərsə hər kvadrat metrə görə 50 AZN güzəşt tətbiq ediləcək.

 

Grand Hayat-da ipoteka kreditləri tək şəxsiyyət vəsiqəsi ilə verilir və iş yerindən arayış tələb edilmir. 60 yaşınadək qadınlar və yaşı 63-ü keçməmiş kişilər buradan çox asanlıqla ipoteka krediti götürə bilər.

 

Maraqlıdır ki, ipotekanı manatla verən şirkət ölkədə baş vermiş iki devalvasiyaya baxmayaraq mənzillərin qiymətində hər hansı dəyişiklik etməyib.

 

Bakının hər yerinə yaxın məkanda...

 

Yeni Hayat Şirkətlər Qrupu MMC öz müştərilərinin arzu və imkanlarına əsasən Grand Hayat Yaşayış Kompleksindəki 1, 2, 3, 4 otaqlı komfortlu və müasir standartlara cavab verən kommunal xidmətlərlə təchiz olunmuş mənzillərin daha rahat və sadələşdirilmiş ipoteka şərtləriylə satışını təşkil edir. Bakının infrastruktur baxımından ən inkişaf etmiş ərazisində, Tbilisi pr., 1054 ünvanında təməli qoyulan Grand Hayat Yaşayış Kompleksi 24 yaşayış mərtəbəsi və 1920 mənzili olan 10 təkbloklu binadan ibarət kompleksdir. Burada sakinlər və qonaqlar üçün nəzərdə tutulmuş şəhərin 3 müxtəlif tərəfinə çıxışı olan avtodayanacaq, avtomobil yuma xidməti, 24 saat müştəri xidməti və 24 saat mühafizə xidməti mövcuddur. 

 

Sahəsi 30.000 m2 olan yaşıl parkda ağac və dekorativ bitkilər, rahat skamyalar və uşaqların kefinə kef qatacaq xüsusi oturacaqlarla təchiz edilmiş yellənçəklər sakinlərin asudə vaxtlarının daha səmərəli keçirməsi üçün düşünülmüşdür. Grand Hayat Yaşayış Kompleksi öz sakinlərini xəyallardakı komforta və rahat yaşam tərzinə qovuşduracaq. Burada 7S standartı tətbiq olunmaqla müasir yaşamın bütün elementləri  öz əksini tapıb. Yaşayış Kompleksinin mərkəzi isitmə, kamera nəzarəti (giriş - çıxışlara nəzarət) və digər xidmətlərlə təchizatı nəzərdə tutulub.

 

İnşaat 2014-cü ildə başlanılıb və 3 il müddətinə, 2017-ci ildə tamamilə hazır şəkildə öz sakinlərinə istifadəyə veriləcək. Binaların təmirə təhvil verilmə tarixi isə mərhələli olmaq şərti ilə 2017-ci ili əhatə edir. 2018-ci il ərzində, kommunikasiya işləri, həyətyanı sahələrin abadlıq işləri, lift xollarının, mənzillərin təmir işləri görüləcək və (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən) mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış (kupça) alınması üçün Grand Hayat MTK tərəfindən lazımi sənədlər sakinlərə təqdim olunacaq. Bu yerdə qeyd edək ki, Azure Recidence-də kupçalar mənzillər sahiblərinə təhvil veriləndən 1 il sonra verilib.

 

Bu arada qeyd edək ki, Grand Hayat kompleksi Bakının elə bir yerində yerləşir ki, buradan şəhərin istənilən yerinə qısa müddətdə çatmaq mümkündür. Belə ki, istər Abdulvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində, istər Tbilisi prospekti istiqamətindən Sumqayıt istiqamətinə, istərsə də Həsən Əliyev küçəsi vasitəsi ilə paytaxtın müxtəlif hissələrinə tez bir zamanda çatmaq mümkündür. Kompleks metronun “Elmlər Akademiyası”, “Nizami”, “20 Yanvar”, “İnşaatçılar” stansiyalarına çox yaxındır.

 

Keyfiyyətli materiallardan istifadə edilir

 

İnşaat sahəsində istifadə edilən tikinti materiallarının keyfiyyətinə gəlincə Grand Hayat-da tikintidə yüksək keyfiyyətli betondan istifadə edilir. Binaların bütün hissəslərində betonlama məhz bu marka betonla həyata keçirlir. Yüksək keyfiyyətli armaturlardan da istifadə edilir ki, bud a binaların daytanıqlığını yüksəldir. Bu binalar 8 baladək zəlzələlərə tab gətirmək qabiliyyətindədir. Tikinti sahəsində “Gobustone” daşlarından istifadə isə ekoloji cəhətdən mənzil sahiblərinin marağındadır. Çünki bu daşları istiliyi və soyuğu özündə saxlamaq qabiliyyəti ilə yanaşı həm də havanı filtrasiya etmək baxımından əlverişlidir.

 

27 mərtəbəli 10 binadan ibarət olacaq yaşayış kompleksinin tikintisində hazırda 300 nəfərdən artıq şəxs işləyir. Devalvasiyadan sonra ölkədə bir sıra iş yerlərinin bağlanmasına, tikinti işlərinin azalmasına baxmayaraq burada işçilərin sayında dəyişiklik edilməyib. 24 mərtəbəsi, yaşayış, 3 mərtəbəsi qeyri-yaşayış sahəsindən ibarət olacaq birbloklu binaların tikintisində çalışan fəhlələrin hamısı ilə əmək müqaviləsi bağlanıb. Eyni zamanda tikinti sahəsində yüksək təhlükəsizlik qaydalarına əməl edilməsi də diqqətimizi çəkdi.

 

Ümumilikdə binalardakı mənzillərin 60 faizədək hissəsi artıq satılıb. Yeni Hayat Şirkətlər Qrupuna məxsus 7S standartına cavab verən binaların istənilən mərtəbəsindən şəhərə gözəl mənzərə açılır.

 

Bir sözlə, Grand Hayatda yeni həyata başlamağa dəyər!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar