Gömrük Komitəsinin sədri Gürcüstandan gətirilən maşınlardan danışdı
31 oktyabr 2014 12:43 (UTC +04:00)

Gömrük Komitəsinin sədri Gürcüstandan gətirilən maşınlardan danışdı

0

Azərbaycanda “Avro4” standartının tətbiqi ilə bağlı Gürcüstandan idxal edilən avtomobillərin sayı xeyli azalıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev verib.

 

“Avtomobil idxalının azalmasına baxmayaraq, gömrük dəyərləndirilməsi məsələlərinin ildən ilə təkmilləşdirilməsi ilə əlaqədar oktyabrın 31-ə kimi plan proqnoz tam yerinə yetirilib. Növbəti ildə gömrük orqanlarına bundan da artıq plan proqnoz nəzərdə tutulub. Mövcud olan imkanlar təhlil olunaraq çalışacağıq ki, gələn ildə plan proqnozu yerinə yetirək”, - deyə A. Əliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1500

Oxşar yazılar