Gələn il yanvarın 1-dən milli TV proqramları açıq yayımlanacaq
26 dekabr 2013 13:19 (UTC +04:00)

Gələn il yanvarın 1-dən milli TV proqramları açıq yayımlanacaq

Rəqəmli televiziya yayımına keçidlə əlaqədar efirdə çoxproqramlı TV yayımların test edilməsi məqsədilə Bakı şəhərində və bəzi bir neçə bölgədə açıq rəqəmli paketə milli ümumrespublika TV proqramları ilə yanaşı, bir neçə xarici kanallar da daxil edilib.


 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, test işlərinin nəticələrinin uğurla başa çatdığı və ölkə əhalisinin 97%-nin açıq (əsas) paketli rəqəmli TV yayımı ilə əhatə olunduğu nəzərə alınaraq, 2014-cü il yanvarın 1-dən etibarən rəqəmli əsas (açıq) paketdə Milli Televiziya və Radio Şurasının müvafiq qərarına əsasən Bakıda və respublika ərazisində yalnız milli TV proqramları (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV, Xəzər TV və TRT1) açıq yayımlanacaq. Bakı və Gəncə şəhərlərində digər kanalların yayımının isə bu yayımları həyata keçirən şirkətlərlə vətəndaşların istəyinə uyğun müqavilə bağlamaqla aparılacağının nəzərə alınması xahiş olunur.

 

Nazirlikdən bildirilib ki, digər regionlarda açıq paketdən əlavə kanalların yayımının təşkilinə dair işlər davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2075
avatar

Oxşar yazılar