Ərzaq məhsulları bahalaşıb
14 iyun 2014 14:50 (UTC +04:00)

Ərzaq məhsulları bahalaşıb

İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz artaraq 436.7 manata, hər bir nəfərə düşən gəlirlər isə 3.1 faiz çoxalaraq 1603.9 manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.  

May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşıb.

 

Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar