Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,6 faiz çoxalaraq 419,0 manat təşkil edib. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 645,7 manat, tikinti kompleksində 616,8 manat, nəqliyyatda 532,2 manat, informasiya və rabitə sahəsində 671,3 manat təşkil edib.
Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0 faiz artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manata çatıb. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.