Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz dəyişdirildi
09 mart 2016 13:37 (UTC +04:00)

Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz dəyişdirildi

 

 

2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0,81 mln. barrel təşkil edəcək. "APA-Economics" xəbər verir ki, bu ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) mart ayı üzrə hesabatında deyilir.

 

Hesabatda qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,8 mln. barrel səviyyəsində olacaq.

 

2015-ci ildə Azərbaycan sutkada 0,86 mln. barrel neft hasil edib.

 

Xatırladaq ki, bundan öncə EIA 2016-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,87 mln. barrel təşkil edəcəyini proqnozlaşdırıb. İdarənin 2017-ci il üzrə proqnozunda isə qeyd edilib ki, Azərbaycanda neft hasilatı sutkada 0,86 mln. barrel təşkil edəcək.

 

Hesabat müəllifləri qeyd edir ki, I və II rübdə Azərbaycan sutkada 0,8 mln. barrel, III rübdə 0,81 mln. barrel, IV rübdə isə 0,84 mln. barrel neft hasil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar