Dövlət Xidmətinin rəisi bəlli oldu  - <span style="color:red;">TƏYİNAT
12 dekabr 2014 16:10 (UTC +04:00)

Dövlət Xidmətinin rəisi bəlli oldu - TƏYİNAT

0

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin mətbuat katibi Murtuzəli Hacıyev Lent.az-a bildirib ki, kənd təsərrüfatı nazirinin müvafiq əmrinə əsasən, Strateji Planlaşdırma və Beynəlxalq Layihələr şöbəsinin müdiri Rüfət Rüstəmzadə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

 

 

Qeyd edək ki, prezidentin oktyabrda imzaladığı sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar