Dövlət qulluqçularının icbari sığortası ilə bağlı qanun ləğv olunur
05 mart 2014 17:12 (UTC +04:00)

Dövlət qulluqçularının icbari sığortası ilə bağlı qanun ləğv olunur

0

Azərbaycanda dövlət qulluqçuları ilə bağlı qanunlardan biri ləğv edilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu qərar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qəbul olunub.

 

Komitədə “Dövlət qulluqçularının icbari sığortası haqqında” qanunun ləğv edilməsi barədə sənəd müzakirə edilib və qərara alınıb ki, Konstitusiyanın müvafiq hissəsi rəhbər tutularaq, “İstehsalatda bədbəxt  hadisələr və peşə nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun nəzərə alınır və bununla əlaqədar “Dövlət qulluqçularının icbarı sığortası haqqında” qanun ləğv edilir.

 

Qəbul olunan qərar haqqında sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1590

Oxşar yazılar