Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib.
Şirkətdən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində R. Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.