Dövlət Komitəsi silah satır - <span style="color:red;">BAKIDA
25 fevral 2015 11:42 (UTC +04:00)

Dövlət Komitəsi silah satır - BAKIDA

Əmlak Məsələləri Dövlət Komitəsi martın 3-də hərraca çıxarılacaq əmlakın siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, hərraca çıxarılan əmlakların sırasında MC-21-12 modelli ov tüfəngi və 1 ədəd patron da var. Ov tüfəngi əldə etmək istəyən şəxs 32 manat 50 qəpik beh verməlidir. Silahın ümumi qiyməti isə 650 manatdır.

Komitənin məlumatına görə, hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən, satılan əmlakın ilkin satış qiymətinin 10 %  həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər. Sifarişlər və aşağıdakı sənədlər Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək hər gün saat  09.00-dan 18.00-a qədər qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar