Dövlət Komitəsi “Life Division” nun fəaliyyətini dayandırıb
10 aprel 2014 10:26 (UTC +04:00)

Dövlət Komitəsi “Life Division” nun fəaliyyətini dayandırıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi İnnovative İnternational Group Ltd” holdinq qrupuna daxil olan “Life Division” MMC-nin fəaliyyətini dayandırıb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Belə ki QKDK tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “İnnovative İnternational Group Ltd” holdinq qrupuna daxil olan “Life Division” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvafiq lisenziya alınmadan aktivlərin idarəedilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunmuş və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib. Cəmiyyət 08 aprel 2014-cü il tarixindən etibarən həmin fəaliyyətin dayandırıldığını bildirib.

Komitə “İnnovative İnternational Group Ltd” və ya “Life Division” MMC-nin müştərisi olan investorları bu şirkətlərlə münasibətlərdə, onların Azərbaycan Respublikası ərazisindəki fəaliyyətinin qanunsuz olduğunu nəzərə almağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar