Dövlət büdcəsinin xərcləri 73,3 faiz icra olunub
05 aprel 2016 15:08 (UTC +04:00)

Dövlət büdcəsinin xərcləri 73,3 faiz icra olunub

Maliyyə Nazirliyi 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz və yaxud 52,0 mln. manat çoxdur.

Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 mln. manat vəsait yönəldilib.

2016-cı ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin 1-ci rübündə dövlət büdcəsində 1054,6 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 4473,2 mln. manat, icmal büdcənin xərcləri isə 3348,3 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 1124,9 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar