Dəmiryolu vağzalı köçürülür
24 dekabr 2013 10:48 (UTC +04:00)

Dəmiryolu vağzalı köçürülür

Bakı şəhərinin mərkəzindən keçən dəmir yolları köçürüləcək. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət, Şəhərsalma və Arxitektura Komitəsini modern.az-a məlumat verib. Məlumata əsasən şəhərin mərkəzində yerləşən dəmiryolu xətləri bütünlüklə başqa əraziyə köçürüləcək. 

Böyük Bakının Regional İnkişaf Planında hətta Bakı Dəmiryolu Vağzalının da şəhərin mərkəzindən kənara çıxarılması nəzərdə tutulub. 

Komitədən bildirilib ki, Bakının Baş Planına uyğun olaraq, gələcəkdə yerüstü metro xətlərinin də tikintisi planlaşdırılır: “Yaxın gələcəkdə paytaxtdakı sıxlığı, tıxacları aradan qaldırmaq üçün elektrik qatarları istifadəyə veriləcək. Eləcə də yerüstü metro xətlərinin istifadəyə verilməsi planlaşdırılır. Məsələn, Abşerondan Dübəndiyə kimi yerüstü metro xətti inşa edilə bilər. Bütün bunların hamısı Bakının Regional İnkişaf Planında konsepsiya kimi irəli sürülüb. Niyyətlər 2030-cu ilə kimi öz həllini tapacaq. İndi bu təkliflərin təsdiqlənməsini gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2330
avatar

Oxşar yazılar