Dəmir yolu vaqonları istehsalına gələn il başlanacaq
07 fevral 2014 15:38 (UTC +04:00)

Dəmir yolu vaqonları istehsalına gələn il başlanacaq

"Gəncədə tikintisi planlaşdırılan yeni dəmiryol vaqonları istehsalı zavodu həm yeni müasir vaqonların istehsalını, həm də köhnə vaqonların əsaslı təmirini həyata keçirməyə imkan verəcək". APA TV xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, yeni zavodun tikintisi ilə əlaqədar İsveçrənin “Stadler” şirkəti ilə danışıqlar aparılır. Eyni zamanda sözü gedən şirkətlə bağlanmış müqaviləyə əsasən, 30 yeni vaqonun alınması nəzərdə tutulur: "Hazırda həmin şirkətlə yeni layihələr işlənib. 30 ədəd sərnişin vaqonunun alınmasını planlaşdırırıq. Bu məqsədlə 2014-cü ilin dövlət büdcəsində 30 milyon manat vəsait də ayrılıb. Gələcəkdə bu vaqonların texnologiyaları əsasında yeni vaqonlar istehsal edəcək".  

QSC rəsmisi bildirib ki, Gəncədə Vaqon Deposunun bazasında tikilməsi planlaşdırılan zavodun inşasına 2014-cü ildə başlanacağı gözlənilir. 2015-ci ilin sonlarında isə yeni vaqonların istehsalına başlanılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837
avatar

Oxşar yazılar