Cavid Qurbanovun daha bir müavini vəzifəsindən çıxarılıb
04 mart 2016 17:18 (UTC +04:00)

Cavid Qurbanovun daha bir müavini vəzifəsindən çıxarılıb

Etibar Niftəliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Zaman  Novruzov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən çıxarılıb. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar