Bu il hamıdan çox qazanan beş İT milyarderin SİYAHISI
20 dekabr 2013 11:11 (UTC +04:00)

Bu il hamıdan çox qazanan beş İT milyarderin SİYAHISI

Bu il hamıdan çox qazanan beş informasiya texnologiyaları milyarderinin adları açıqlanıb. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, 2013-cü ildə on aktiv qazanan milyarderdən beşi proqram təminatı, internet texnologiyaları və informasiya texnologiyaları (İT) bazarının digər seqmentlərində var-dövlətini artırıb.

 

Milyarderlər onluğunda lider gündə orta hesabla 37 milyon dollar qazanaraq il ərzində var-dövlətini 59,1 milyard dollara çatdıran iş adamı Uorren Baffet olub.

 

Lakin “Microsoft” korporasiyasının təsisçisi və Direktorlar Şurasının üzvü Bill Qeyts dekabrda aktivlərin ümumi həcminə görə onu 72,6 milyard dollar üstələyib. Belə ki, B.Qeyts il ərzində 11,5 milyard dollar qazanıb.   

 

Siyahıda milyarderlər onluğunda B.Qeyts ilə yanaşı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos (+11,3 milyard dollar), “Facebook” sosial şəbəkəsinin baş direktoru Mark Sukerberq (+10,5 milyard dollar), “Google” şirkətinin təsisçiləri Sergey Brin və Larri Peyc (hərəsi 9,3 milyard dollar) yer alıb.   

 

Reytinqdə “Apple” şirkəti daxil olmaqla texnoloji şirkətlərə investisiyalar yatırmaqla gəlir əldə edən Karl İkanın (+7,2 milyard dollar) və Yaponiyanın “Softbank” mobil rabitə operatorunun yaradıcısı Masayoşi Sanın (+10,3 milyard dollar) da adlarını çəkmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557

Oxşar yazılar