Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) növbəti kadr dəyişikliyi baş verib.
“APA-Economics” xəbər verir ki, birliyin texniki şöbəsinin rəisi Abbas Əhmədov tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, bir müddət əvvəl BTRİB-in baş direktorunun müavini Xankişi Kişiyev və "Bakinternet"in rəhbəri Seymur Yusifov da işdən çıxarılıblar.