BTC - “Üç dənizin əfsanəsi” reallığı
15 sentyabr 2014 15:27 (UTC +04:00)

BTC - “Üç dənizin əfsanəsi” reallığı

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarının təminatında əsas vasitələrdən biri də beynəlxalq aləmdə neft amili ilə bağlıdır. Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirilərək dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi. Məhz Bakı-Tbilisi-Ceyhanın inşası ilə “Üç dənizin əfsanəsi” reallığa çevrildi. 2002-ci il iyunun 25-də İstanbulda keçirilən “Üç dənizin əfsanəsi” konfransının açılış mərasimində çıxışı zamanı Heydər Əliyev bununla bağlı qeyd edirdi: “Mən baxıram, vaxtı ilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən əfsanədir”. 2005-ci il may ayının 25-də BTC əsas ixrac kəmərinin Azərbaycan hissəsinin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev kəmərin geosiyasi, beynəlxalq və regional əhəmiyyətinə diqqət yetirərək: “BTC neft kəməri bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaqdır” demişdir.

BTC-nin 2006-cı ildən etibarən istifadəyə verilməsi Azərbaycan neftini dünya bazarında mühüm amilə çevirdi. Bununla da Respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına ilk töhfəsini vermişdir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülh və sabitlik gətirir, təhlükəsizliyi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir.

Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir.  BTC dünyanın ən böyük enerji layihəsi kimi beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması istiqamətində olduqca ciddi addım idi. Bununla da Respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında ilk töhfəsini vermişdir.

Nailə Məmmədova

Azerbaijan Realities

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2378
avatar

Oxşar yazılar