Brüssel hava limanında partlayışı törətməkdə şübhəli bilinən üçüncü şəxs Najim Laachraouinin qardaşı milli idmançıdır.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Najim Laachraouinin qardaşı Mourad taekvondo üzrə Belçikanı təmsil edib. Və medallı bir idmançıdır.
29 yaşındaki Mouradın və ailənin digər üzvlərinin terrorçu qardaşla aralarının çox soyuq olması da bildirilir.
Qeyd edək ki, terrorda şübhəli bilinən üçüncü şəxs Najim Laachraouidir. Dünən axşamdan bəri axtarılan Najim bu gün Anderlechtdə ələ keçib. Bu şəxsin Paris qətliamı ilə da əlaqəli olduğu deyilir.