BP Azərbaycanda ixtisarlara başlayır
11 dekabr 2014 10:40 (UTC +04:00)

BP Azərbaycanda ixtisarlara başlayır

0

Böyük Britaniyanın “British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.

 

APA-Economics”in “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bunu BP-nin prezidenti, baş icraçı direktoru Robert Dadli bildirib.

 

Onun sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.

 

Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.  

 

“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: “Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar