Bolqarıstan tamamilə Rusiyanın təbii qazından asılı vəziyyətdədir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu səbəbdən də Bolqarıstan Azərbaycandan təbii qaz idxal etmək məsələsini araşdırmaq niyyətindədir.
Ölkənin iqtisadiyyat və energetika naziri Draqomir Stoynevin sözlərinə görə, Rusiyadan ötürülən təbii qazın verilməsində fasilələr yarana bilər, deyə, Sofiya Ukraynada baş verənləri diqqətlə izləyir.
Mənbə xatırladıb ki, Bolqarıstan 2019-cu ildə “Şahdəniz” yatağından bir milyard kub metr təbii qaz almaq haqqında Azərbaycanla razılaşıb.