Biləsuvarda yol tikintisinə 2,8 milyon manat ayrıldı
05 iyul 2014 18:15 (UTC +04:00)

Biləsuvarda yol tikintisinə 2,8 milyon manat ayrıldı

0
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə 2,8 milyon manat Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1053

Oxşar yazılar