Beynəlxalq Valyuta Fondu Ukraynaya daha 1,4 mlrd dollar verdi
30 avqust 2014 04:44 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu Ukraynaya daha 1,4 mlrd dollar verdi

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,4 mlrd dollar həcmində ikinci kredit tranşı ayırıb 
 
 
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,4 mlrd dollar həcmində ikinci kredit tranşının ayrılmasına dair qərar verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, BFV-in rəsmi nümayəndəsi Cerri Rays bildirib ki, Ukrayna maliyyə yardımının növbəti tranşının alınması üçün fondun şərtlərini yerinə yetirib. 
 
 
Qeyd edək ki, bu ilin aprelində Ukrayna “stand by” ikiillik kredit proqramı çərçivəsində 3,19  mlrd dollar vəsait alıb. Vəsaitlər Ukraynada makroiqtisadi sabitliyin bərpasına və iqtisadi artıma nail olmaq üçün nəzərdə tutulub. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar