Bələdiyyələr ödənişləri nağd şəkildə qəbul edə bilməyəcək
17 dekabr 2014 15:53 (UTC +04:00)

Bələdiyyələr ödənişləri nağd şəkildə qəbul edə bilməyəcək

0

”Bu il Bakı şəhərinin Binəqədi rayonunun 5 bələdiyyəsində, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilib”. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin bələdiyyələrlə iş şöbəsinin rəisi Şükür Əhmədov

Bildirib. O qeyd edib ki, bələdiyyələrdə elektron uçotun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında 5 altsistemdən ibarət “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb.

 

“Bələdiyyə vergilərinin ödəyicilərinin istifadəsi üçün “İnternet Bələdiyyə İdarəsi” (www.e-belediyye.gov.az) yaradılıb və hazırda zəruri texniki tədbirlər həyata keçirilir. Vergi ödəyiciləri İnternet Bələdiyyə İdarəsinə daxil olmaq üçün bələdiyyələrdən şifrə və parol almaqla, yaxud ASAN imza və mobil imzadan istifadə etməklə bələdiyyələrin onlara təqdim etdikləri elektron xidmətlərdən yararlana bilərlər.  “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan  Qanununda edilmiş dəyişikliyə əsasən 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcəkdir. Qanun qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması dayandırlacaq”-deyə, şöbə rəisi əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar