Bakının Regional İnkişaf Planı hökumətə təqdim edildi
08 may 2014 14:52 (UTC +04:00)

Bakının Regional İnkişaf Planı hökumətə təqdim edildi

Böyük Bakının Regional İnkişaf Planı və məxsusi Bakının ərazilərdən istifadə və zonalaşmasına dair layihə (baş plan) artıq hazırdır.


 

Bunu «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

 

Onun sözlərinə görə, hər iki layihə artıq Nazirlər Kabinetinə təqdim olunub: “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər)”nda nəzərdə tutulan tədbirlər bu planlara uyğunlaşdırılaraq həyata keçirilib. 

 

Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planı ilə paytaxtın nəqliyyat, yol, tikinti, ekoloji və s. problemlərinin həll edilməsi hədəf götürülüb. 2030-cu ilədək həyata keçiriləcək layihəyə Bakı şəhərinin rayonları, Abşeron rayonunun bir hissəsi və Sumqayıt şəhəri daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726
avatar

Oxşar yazılar