Bakının mərkəzində yeni metro tuneli tikiləcək
09 iyun 2014 10:57 (UTC +04:00)

Bakının mərkəzində yeni metro tuneli tikiləcək

Bakıda “28 May” metro stansiyasının yaxınlığında tikilməsi nəzərdə tutulan yeni tunel layihəsi artıq təsdiq olunma mərhələsindədir.


 

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

 

Onun sözlərinə görə, hazırda layihədə bəzi detalların dəqiqləşdirilməsi işləri gedir.

 

Tikiləcək tunel “Xətai”-“Azadlıq prospekti” xəttini “İçərişəhər”–“Həzi Aslanov” xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək etməyi nəzərdə tutur.

 

Belə ki, bu ayrılmadan sonra “Dərnəgül” metro stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Nizami” stansiyasından sonra “28 May” stansiyasına daxil olmayacaq. Qatar “Nizami” stansiyasına az qalmış yeni tunellə “Cəfər Cabbarlı” stansiyasına daxil olacaq, oradan isə “Xətai” stansiyasına gedəcək. Bununla da, daha “28 May” stansiyasında hər iki tərəfə qatar getməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3188
avatar

Oxşar yazılar