<span style="color:red;">Bakıelektrikşəbəkə:  "Əməkdaşlarımızın hərəkətləri qanunidir"
03 dekabr 2014 15:37 (UTC +04:00)

Bakıelektrikşəbəkə: "Əməkdaşlarımızın hərəkətləri qanunidir"

0

“Bakıelektrikşəbəkə” ASC bəzi kütləvi informasiya vasitələrində  Qaradağ rayonu ərazisindəki daş karxanalarında  sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxsin ASC-nin əməkdaşları tərəfindən hüquqlarının pozulması barəsində şikayət ərizələri dərc edilməsinə münasibət bildirib.

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şikayət ərizəsi SC-in mütəxəssisləri tərəfindən araşdırılmış və müəyyən edilib ki, həmin şəxslərə məxsus daş karxanasının enerji təchizatı Qızıldaş qəsəbəsində yerləşən 501 saylı yarımstansiyadan çəkilib. Əsas istehlakçı “Proqress” firmasının balansında olan, ümumi uzunluğu 30 km-lik  6 kV-luq xətdən təmin edilir. “Proqress” firmasının balansında olan xətt vasitəsi ilə ötürülən elektrik enerjisinə görə hesablaşmalar 501 saylı yarımstansiyada quraşdırılmış 94454 saylı sayğacla aparılır. “Proqress” firmasının balansında olan xəttə qoşulmuş subabonentlərin hər biri ilə “Bakıelektrikşəbəkə” ASC arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanıb.  

 

“Proqress” firması ilə “Bakıelektrikşəbəkə” ASC arasında aparılan hesablaşmalar zamanı xətdən qidalanan daş karxanasının elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçı olan “Proqress” firmasının sərfindən çıxılmaqla aparılır.

 

Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar “Proqress” firmasının elektrik şəbəkəsindəki  enerji itkiləri (texnoloji sərfiyyat), subabonentlər arasında  istehlak paylarına mütənasib bölünməklə aparılır ki, bu da  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğundur.

 

Şikayətdə adları göstərilən şəxslərlə texnoloji itkilər “Qaydalar”ın 1.4, 1.5 və 7.13-cü bəndlərinə müvafiq abonentin və subabonentin  istehlak etdikləri  elektrik enerjisinin miqdarına  uyğun  bölünməklə aparıldığından və enerji haqları istehlakçılar tərəfindən  “Bakıelektrikşəbəkə” ASC-nin bank hesabına ödənildiyi üçün Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi əməkdaşlarının hərəkətləri qanuni və əsaslı olub.   

 

Araşdırmanın nəticəsinə dair şikayətçilərə yazılı cavab verilməklə, tərəflər arasında hər hansı bir anlaşılmazlığın yaranmaması üçün onlara  müvafiq qaydada texniki şərtin alınması və əsas istehlakçı kimi  birbaşa 501 saylı yarımstansiyaya qoşulması təklif olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar