Bakıda Tvinninq layihəsinin açılışı oldu - <span style="color:red;">YENİLƏNİB
03 aprel 2014 17:20 (UTC +04:00)

Bakıda Tvinninq layihəsinin açılışı oldu - YENİLƏNİB

Aprelin 3-də “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin açılış mərasimi keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, mərasimdə çıxış edən SMPDK-nın sədri Ramiz Həsənov Avropa İttifaqı (Aİ) tərəfindən birgə həyata keçirilən layihənin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Sədrin sözlərinə görə, Komitə Aİ ilə Tvinninq və Taieks proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir, ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən biri olan standartlaşdırma və texniki tənzimləmə sahələri ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzindədir: “Tvinninq layihəsinin əsas məqsədi də standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsidir. Tvinninq layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və standartların onlayn satış sisteminin yaradılması kimi komponetləri var”.

Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi təşkilatla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Fransanın Azərbaycandakı İqtisadiyyat müşaviri Herve Sarnelli və Avropa Komissiyasının Sənaye və Müəssisə Baş Direktorluğunun müşaviri Norbert Anselmen layihənin icrası istiqamətində uğurlar arzulayıb və texniki tənzimləmə və standartlaşdırma sahəsində Aİ siyasəti və beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşüb.

Tvinninq layihəsinin məqsədləri, layihənin icrasına Aİ-nın tvinninq həmkarlarının yanaşması haqqında Britaniya Standartlar İnstitutunun Beynəlxalq layihələr üzrə direktoru Volodimir Yakubov, Fransa Standartlaşdırma Assosiasiyasının nümayəndəsi  Paskal Myenvil, layihənin komponentləri və icra olunacaq tədbirlər barədə rezident Tvinninq müşaviri Riçard Vitli çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar