Bakıda tikilən nəhəng olimpiya stadionundan <span style="color:red;">SON GÖRÜNTÜLƏR
31 avqust 2014 11:19 (UTC +04:00)

Bakıda tikilən nəhəng olimpiya stadionundan SON GÖRÜNTÜLƏR

Bakıda metronun "Koroğlu" stansiyası yaxınlığında, Böyükşor gölünün Sabunçu rayonu istiqamətindəki sahilində tikilən olimpiya stadionunda işlər sürətlə davam etdirilir. Lent.az-ın məlumatına görə, hazırda stadionda bir neçə istiqamətdə fasiləsiz iş gedir, həmçinin oturacaqların quraşdırılmasına başlanılıb.

 

70 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinin ilkin dəyəri 640 milyon dollar açıqlanıb. Tikintini Türkiyənin "Tekfen" şirkəti həyata keçirir.

 

Olimpiya stadionunun gələn ilin ilk rübündə təhvil verilməsi gözlənilir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının açılış və bağlanış mərasimlərinin burada keçirilməsi planlaşdırılır.

 

Stadiondan çəkilmiş son görüntüləri təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4638
avatar

Oxşar yazılar