Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, keçiddə son tamamlanma işləri aparılır. Artıq əsas işlər yekunlaşıb. Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir.
Keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdır. İki giriş- çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlanırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub. Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq.