Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama uyğun olaraq sabahdan etibarən sözügedən avtomobil yolunda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işlərinə start verilir. ASC-dən Lent.az-a verilən məlumata görə, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.