Bakı-Moskva təyyarələrinin sayı artırılır
21 may 2014 14:53 (UTC +04:00)

Bakı-Moskva təyyarələrinin sayı artırılır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC müntəzəm beynəlxalq uçuşlar şəbəkəsini genişləndirir.  Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.


“AZAL” Bakı-Moskva və Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırır. Mayın 20-dən başlayaraq AZAL həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-Don (çərşənbə axşamı və cümə günləri) istiqamətində uçuşlar yerinə yetirəcək.

 

Qeyd edək ki, mayın 20-dən başlayaraq Bakı-Moskva-Bakı istiqamətində gündəlik uçuşları sayı 4-ə çatdırılır.

 

Bakıdan Moskvaya uçuş saat 06:40, 10:40, 15:15 və 20:00-da yerinə yetiriləcək. Moskvadan Bakıya uçuş isə saat  09:50, 14:40, 19:00 və 23:35-də həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar