“Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir”.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. O bildirib ki, “Azərbaycan Hava Yolları” və “İran Air” şirkətləri arasında birbaşa uçuşların yerinə yetirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Səfir əlavə edib ki, əsas məsələ uçuşların iqtisadi cəhətdən sərfəli olmasıdır: “Əgər şirkətlər razılığa gəlsələr, birbaşa uçuşlar baş tutacaq”.
Diplomatın sözlərinə görə, çoxlu sayda Azərbaycan vətəndaşı Məşhədə gedərək İmam Rzanın məqbərəsini ziyarət etmək istəyir: “Qış aylarında hava soyuq olur və iki şəhər arasında məsafə böyükdür. Ona görə də bir çox Azərbaycan vətəndaşı iki şəhər arasında uçuşların açılması üçün müraciət edib”.