Azərbaycandakı Rusiya şirkətlərinin sayı açıqlandı
03 iyun 2014 11:04 (UTC +04:00)

Azərbaycandakı Rusiya şirkətlərinin sayı açıqlandı

“Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər”. Lent.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

 

Ş. Mustafayevin sözlərinə görə, qarşılıqlı investisiyaların əhəmiyyəti böyükdür: “Rusiya Federasiyası tərəfindən Azərbaycana 1,8 mlrd. dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1 mlrd. ABŞ dollarından artıq birbaşa investisiya yatırılıb”.

 

Nazir bildirib ki, Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. “İki ölkə arasında ümumilikdə 160-dan çox sənəd, o cümlədən iqtisadi sahədə indiyədək 30-dan çox sənəd imzalanmış, möhkəm müqavilə-hüquq bazası yaradılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar