Azərbaycanda yeni müəssisələr yaradılacaq - NAZİRDƏN AÇIQLAMA
22 yanvar 2014 16:54 (UTC +04:00)

Azərbaycanda yeni müəssisələr yaradılacaq - NAZİRDƏN AÇIQLAMA

“Gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcək. Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az-a müsahibəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndiriləcək.
 

Nazir vurğulayıb ki, Azərbaycan uçun ənənəvi neft-qaz emalı sənayesinin daha da inkişaf etdirilməsi qarşıdakı illər uçun əsas prioritetlərdən biri olaraq qalacaq.
”Qeyri-neft sənayesinin inkişafı prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Perspektivli sahələrdən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir. Bu sahənin inkişafında 4 zavoddan ibarət olacaq və tam istehsal zəncirinin qurulması nəzərdə tutulan Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edəcək. Yeni neft və qaz emalı zavodlarının, müxtəlif çeşiddə polimerlər istehsal edəcək neft-kimya və Sumqayıt Karbamid zavodlarının inşası neft-kimya və kimya sənayesi sənayesinin inkişafını sürətləndirməklə, ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verəcək. Qarşıdan gələn illər üçün perspektivli sahələr hesab olunan maşınqayırma sənayesi, xüsusilə də neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək”.
Ş. Mustafayevin sözlərinə görə, yeni sement istehsalı güclərinin fəaliyyətə başlaması, metal konstruksiyaların, seramik plitələrin, kimya sənayesi ilə əlaqəli tikinti materiallarının istehsalı tikinti materialları sənayesinin dinamik inkişafına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228

Oxşar yazılar