Azərbaycanda tüfəng istehsalına başlanılıb
24 dekabr 2014 13:57 (UTC +04:00)

Azərbaycanda tüfəng istehsalına başlanılıb

0

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) iki növ ov tüfənginin istehsalına başlayıb.

 

APA-nın məlumatına görə, ov tüfənglərinin nümunələri bu gün Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş sərgidə nümayiş etdirilib.

 

Nazirliyin nümayəndəsi Ərəb Yusifov APA-ya bildirib ki, «Turac» adlı ov tüfənglərindən biri qoşalülə, digəri isə yarımavtomatdır. Hər iki tüfəng 12 kalibrli patronlardan atəş açır. Yarımavtomat tüfəngin çəkisi 3 kiloqram, qoşalülə tüfəngin çəkisi isə 3,5 kiloqramdır.

 

Ov tüfənglərinin yaxın vaxtlarda satışa çıxarılması planlaşdırılır.

 

MSN ov tüfəngləri ilə yanaşı, ov tüfəngləri üçün müxtəlif sursatlar, o cümlədən «Qartal» markalı ilə patronlar istehsal edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar