Azərbaycanda özünü məhv edən çantalar təqdim edilib
22 oktyabr 2014 14:45 (UTC +04:00)

Azərbaycanda özünü məhv edən çantalar təqdim edilib

0
Azərbaycan bazarına yeni inkassator çantası təqdim olunub.

 

APA-nın məlumatına görə, bu gün Bakıda işə başlamış «CİPS Caspian» təhlükəsizlik texnologiyaları sərgisində «AaBaCus» şirkəti tərəfindən Fransanın «Oberthur» şirkətinin istehsal etdiyi özünü məhvetmə qabiliyyətinə malik inkassator çantası təqdim olunub.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, çantalar əsasən pulun və sənədlərin daşınması və saxlanılması üçün nəzərdə tutulub. İstifadəçi GPS naviqasiyasından istifadə etməklə çanta ilə hərəkət edəcəyi marşrutu planlaşdıra bilir. Çanta oğurlandıqda, planlaşdırılmış marşrutdan çıxarıldıqda, sındırılmağa çalışdıqda tüstü və güclü mürəkkəb buraxmaqla içindəki pulu və sənədləri yararsız vəziyyətə salır.

 

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda həmin çantanın sahibləri qaçırılma və digər səbəblərdən çantanın mürəkkəblə yararsız vəziyyətə saldığı əsginasları Mərkəzi Bankda yenisi ilə dəyişə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1315

Oxşar yazılar