Azərbaycanda faizlə kredit verməyən yeganə bank bərpa edilib
24 aprel 2014 18:26 (UTC +04:00)

Azərbaycanda faizlə kredit verməyən yeganə bank bərpa edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsər Bank"ın lisenziyasını bərpa edib. Müvafiq qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən aprelin 9-da qəbul edilib. Lent.az-ın məlumatına görə, bu barədə marja.az-a AMB-nin mətbuat xidmətindən bildiriblər.

 

Beləliklə, Azərbaycanda fəaliyyət göstərən bankların sayı 44-ə qədər artıb.

Bankın lisenziyası 2010-cu ilin sonunda AMB-nin ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilib.

 

2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsər Bank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb.

Bu bankın lisenziyası iki dəfə ləğv edilib. Birinci dəfə 2001-ci ildə AMB-nin prudensial normalarına uyğunsuzluğuna görə "Kövsər Bank"ın lisenziyası geri çağırılmışdı, amma məhkəmə instansiyaları vasitəsilə bank onun bərpasına nail oldu.

"Kövsər Bank" ASC 1989-cu ildcə "Universal Bank" kimi yaradılıb. "Kövsər Bank" islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərir və faizlə kredit vermir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3524
avatar

Oxşar yazılar