Azərbaycanda daha bir beynəlxalq konfrans keçiriləcək
12 fevral 2014 10:56 (UTC +04:00)

Azərbaycanda daha bir beynəlxalq konfrans keçiriləcək

Mayın 2-3-də Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində «Davamlı inkişaf və texnoloji innovasiyalar» beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Konfransın elmi istiqamətlərini “Müasir informasiya və kommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılması”, “Sahələrin iqtisadiyyatı, menecmenti və ekologiyası”, “Qida sənayesində texnoloji innovasiyalar və ekspertizaları”, “Maşınqayırma sənayesində yeni texnika və texnologiyalar”, “Tekstil və yüngül sənaye sahələrində innovasiya texnologiyaları və ekspertizaları” mövzuları təşkil edir.

Konfransın təşkilatçıları qismində Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907

Oxşar yazılar