Azərbaycanda avtomobil kreditləri bərpa edildi
21 fevral 2014 10:12 (UTC +04:00)

Azərbaycanda avtomobil kreditləri bərpa edildi

Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləşməsinə start verilib. Lent.az-ın məlumatına görə, bank dairələrindən fins.az-a bildirilib ki, artıq avtomobil kreditləşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib və icra olunmaq üçün banklara göndərilib. Xəbər verildiyi kimi, kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, istehsal tarixindən satış gününə qədər bir il keçən avtomobillərin kreditləşməsində ilkin ödəniş 80%, təzə avtomobillərdə isə 40-50% olacaq. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% təşkil edəcək. Avtomobil kreditlərinin illik faiz dərəcəsi ilə bağlı isə heç bir tələb qoyulmayıb - avtokreditlərin hansı faizlə veriləcəyini banklar özləri müəyyənləşdirəcəklər. Bank dairələrindən  verilən məlumata görə, kreditlər hər bir bankın siyasətinə uyğun olaraq elə əvvəlki faizlərlə veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3247
avatar

Oxşar yazılar