Azərbaycanda 6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib
29 oktyabr 2014 17:10 (UTC +04:00)

Azərbaycanda 6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib

“Mənzil Məcəlləsi ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb”. Lent.az-ın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib.

Onun sözlərinə görə, sənəddə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, mənzil-kommunal sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və aparılacaq islahatların əsas istiqamətləri müəyyən olunub”.

Şöbə müdiri qeyd edib ki, mənzil fondunun idarə olunması dövlət tərəfindən, bələdiyyə mənzil fondu bələdiyyələr və özəl mənzil fondu isə mülkiyyətçilərin özləri tərəfindən idarə olunmalıdır.
”Mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini hazırlamaq və həyata keçirilməsini təmin etmək İqtisadiyyat və Sənaye Nazirliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Bu istiqamətdə Nazirlik tərəfindən müvafiq işlər görülür. Belə ki, bu sahəyə dair zəruri məlumat bazası formalaşdırılıb, həmçinin normativ-hüquqi sənədlər hazırlanmışdır. Mənzil fondunun yeni idarəetmə metodlarının tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görülür ki. Artıq 6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, daha bir neçə kondominiumun yaradılması üzrə işlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar