Azərbaycanda 30,8 milyard manatlıq məhsul istehsal olunub
12 dekabr 2013 12:40 (UTC +04:00)

Azərbaycanda 30,8 milyard manatlıq məhsul istehsal olunub

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-noyabr aylarında 30,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Sənayenin qeyri-neft sahələrində 3,2 faizlik, neft sektorunda isə 1,3 faizlik artım müşahidə olunub.

 

İstehsalın dörddə üç hissəsi mədən-çıxarma, 20,1 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

 

On bir ay ərzində 39,5 milyon ton neft, 16,2 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar