Azərbaycanın 13 bankı “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırır
27 dekabr 2013 12:03 (UTC +04:00)

Azərbaycanın 13 bankı “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırır

Azərbaycanda 13 kommersiya bankı Rusiyanın «Zolotaya Korona» pulköçürmə sistemi üzrə göstərdiyi xidmətləri dayandırır.
 

2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı "Zolotaya Korona" pul köçürmələri sistemi üzrə xidmət göstərməyəcək.

Lent.az-ın məlumatına görə, belə bir qərar bankların “Zolotaya Korona” sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır.

Bankların “Zolotaya Korona” sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticələnməyib və bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarına gəliblər.

        

“Zolotaya Korona” sistemi ilə əməkdaşlığı dayandıran Azərbaycan bankları bunlardır: Azərbaycan Beynəlxalq Bankı,Xalq Bank,Kapital Bank,Bank Standard, Bank Technique, Bank Respublika, Unibank, Dəmir Bank, Muğan Bank ,Bank of Baku,, Ata Bank, Access Bank, Bank of Azerbaijan.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418
avatar

Oxşar yazılar