Azərbaycan Türkiyənin tanınmış banklarından birini alır
13 mart 2014 18:15 (UTC +04:00)

Azərbaycan Türkiyənin tanınmış banklarından birini alır

Azərbaycanın “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti Türkiyənin “TAİB Bank”ının səhmlərini bir hissəsini alıb. Lent.az-ın məlumatına görə, bunu marja.az-a “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş investisiya inzibatçısı Taleh Kazımov bildirib: “Biz artıq lisenziyanın alınması üçün Türkiyənin Bank Bazarını Tənzimləmə Təşkilatına müraciət etmişik və onların qərarını gözləyirik”.

 

Taleh Kazımov “TAİB Bank”ın səhmlərinin neçə faizinin əldə edildiyini açıqlamayıb. Bu barədə məlumatın lisenziya alındıqdan sonra veriləcəyini bildirib.

 

O, qeyd edib ki, Türkiyədə bankın alınmasında məqsəd bu ölkədə böyüyən Azərbaycan biznesinə bank xidmətləri göstərməkdir.

 

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü əlavə edib ki, “TAİB Bank”ın  adı dəyişdirilərək “PAŞA Bank” adlandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2305
avatar

Oxşar yazılar