Bu gündən etibarən Azərbaycan Rusiyaya qaz tədarükünü dayandırıb.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tədarük Hacıqabul-Şirvanovka-Mozdok qaz kəmərində aparılan təmir işləri ilə əlaqədardır.
Məlumata görə, qaz tədarükündə yarana fasiləyə səbəb kəmərin qışa hazırlanması, korroziyaya uğramasının qarşısı alınmasıdır.