Rusiyaya qaz nəqlinin dayandırılmasının səbəbi açıqlandı – YENİLƏNİB
15 yanvar 2014 12:10 (UTC +04:00)

Rusiyaya qaz nəqlinin dayandırılmasının səbəbi açıqlandı – YENİLƏNİB

Azərbaycan tərəfi Rusiyaya qaz nəqlinin tam dayandırmasını texniki səbəblərlə əlaqələndirib. Lent.az-ın məlumatına görə, bu barədə “Praym” agentliyinə “Qazprom”dan açıqlama verilib.

 

Şirkətdən bildirilib ki, qaz nəqli yanvarın 13-də səhər saat 10:00-da kəsilib: “Onlar bizə dedilər ki, texniki problemdir, bərpa tarixi məlum deyil”.

 

Qeyd edək ki, Azərbaycandan Rusiyaya nəql olunan təbii qaz 2013-cü ildə 31,5 faiz – 1,37 milyard kubmetrədək azaldılıb. “Qazprom”la Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə 2009-cu ilin oktyabrında bağlanılıb. Müqaviləyə əsasən, qazın nəqli 1 yanvar 2010-cu ildə başlanıb. 2012-ci ilin yanvarında isə tərəflər qüvvədə olan müqaviləyə əlavəni imzalayıblar.

 

 

***

 

11:23

 

Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz nəqlini dayandırıb. Lent.az-ın məlumatına görə, bu barədə “İnterfaks” yanacaq-enerji kompleksinin mərkəzi dispetçer idarəsinə istinadən xəbər yayıb.

 

Xəbərdə Azərbaycan qazının nəqlinin dayandırılanadək sutkada 3 milyon kubmetr təşkil etdiyi bildirilir. “Qazprom”dan isə deyiblər ki, Azərbaycan bu addımın səbəblərini və qazın verilməsinin bərpa tarixini açıqlamayıb.

 

Qeyd edək ki, Azərbaycan qazı Dağıstanın qaz təminatının əsas mənbələrindəndir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615
avatar

Oxşar yazılar