Azərbaycan Rusiya üçün sərnişin katerləri istehsal edəcək
31 iyul 2014 12:06 (UTC +04:00)

Azərbaycan Rusiya üçün sərnişin katerləri istehsal edəcək

0

 

 

Rusiya Dəniz Gəmiçilik Registri Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu” MMC-yə üç ədəd 38M tipli yüksək sürətli sərnişin katerinin inşasını sifariş verib.


 

APA-nın “Portnews”a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında müqavilə bağlanıb, katerlərin tikintisinə avqust ayında başlanacaq. Müqavilə üzrə sifarişlər 2016-cı ilin may ayına qədər başa çatdırılmalıdır.

 

Uzunluğu 38,22 metr, eni 8.2 metr, işçi heyəti 8 nəfər təşkil edən katerlər 80 nəfərlik heyəti və yükləri mobil dəniz qazma qurğularına, dənizdəki digər neft və qaz obyektlərinə daşımaq üçün nəzərdə tutulur.

 

Katerlər sahildən 100 dəniz mili uzaqlaşa bilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1017

Oxşar yazılar